Azərbaycan millisinin üzvü əməliyyat olunub
Tarix: 26-10-2025 10:27 | Bölmə: İdman
Azərbaycan millisinin üzvü əməliyyat olunub

Azərbaycan milli komandasının Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnən “Araz-Naxçıvan”ın üzvü Rahil Məmmədov əməliyyat olunub.

Reyting.az
xəbər verir ki, bunu klubdan bildiriblər.

Müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub.

Cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib. Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər