Tokayev Füzulidə: “Bu, Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir"
Tarix: 12-03-2024 14:47 | Bölmə: Gündəm
Tokayev Füzulidə: “Bu, Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir"

"Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı Azərbaycan və Qazaxıstan arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə fayda verəcək".

Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün Füzuli sakinləri ilə söhbətində deyib.

“Bu, Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hesab edirəm ki, bu obyekt, şübhəsiz ki, ölkələrimiz arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcəkdir. Sizə uğurlar və firavanlıq arzulayıram. Şübhə yoxdur ki, Azərbaycanın bu müqəddəs bölgəsi güclü inkişaf yolu keçəcəkdir”, - o bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}