Prezidentdən Avrasiya İqtisadi Birliyi barədə açıqlama: "Ermənistan istisna olmaqla..."
Tarix: 23-04-2024 14:46 | Bölmə: Gündəm
Prezidentdən Avrasiya İqtisadi Birliyi barədə açıqlama: "Ermənistan istisna olmaqla..."

"Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə prezident və baş nazir səviyyəsində dəvət edilmişik".

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlət başçısı vurğulayıb: “Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər