23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
14:58 / 24-10-2025
Vladimir Putin İlham Əliyevə zəng edib
14:56 / 24-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:28 / 24-10-2025
Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqlənib
14:17 / 24-10-2025
“Quş qripi” Almaniyanı təhdid edir
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
İlham Əliyev Pakistanda: Prezident və Baş nazir görüşüblər - Fotolar (Yenilənib)
Tarix: 11-07-2024 23:37 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.
Reyting.az xəbər verir ki, Azərbaycan prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb.
Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.
Sonra Azərbaycan prezidenti və Pakistanın baş naziri görüşüblər.
***
Azərbaycan prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.
Reyting.az xəbər verir ki, Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı milli abidənin önünə əklil qoyub.
Sonra “Fatihə” surəsi oxunub.
Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il mayın 23-də açılışı olub.
***
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü keçirilib.
Reyting.az xəbər verir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif görüşdə çıxış edərək deyib:
- Mənim çox əziz qardaşım Prezident Əliyev və nümayəndə heyətinizin hörmətli üzvləri. İcazə verin, Sizi və nümayəndə heyətinizi Pakistan hökuməti və xalqı adından bir daha səmimi-qəlbdən salamlayım. Astanadakı görüşümüzdən sonra Sizinlə bir daha görüşməkdən böyük şərəf və iftixar hissi duyuruq.
Telefon söhbəti zamanı ölkəmizə səfərə dəvətimi qəbul etdiyinizə görə Sizə olduqca minnətdaram. Siz dəvəti qəbul edərək, tez bir zamanda səfərin tarixini müəyyənləşdirdiniz. Sizi əmin etmək istəyirəm ki, Pakistan xalqı Sizi televiziyada və sosial mediada gördüyü üçün bu gün çox məmnundur. Onlar bilirlər ki, mənim əziz qardaşım Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir. Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir. Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanında olub. İstər söhbət BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilmiş hüquqları ilə bağlı Kəşmir əhalisinə dəstəkdən və əlbəttə ki, istərsə də bir çoxlarının dəstəklədiyi referendum keçirmək hüququndan getsin. Pakistan Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir və heç vaxt dəstəyini dayandırmamışdır. Hesab edirəm ki, bu, bizim dostluq və qardaşlıq münasibətlərimizin gücüdür. Bu gün Sizin səfəriniz vəziyyəti dəyişdirəcək, münasibətlərimizi transformasiya edəcək.
Bizdə imzalanmalı müvafiq anlaşma memorandumları və sazişlər var. Elə indicə Siz mənə İslamabadın gözəlləşdirilməsi ilə bağlı tövsiyənizi verdiniz. Bu, Sizin Pakistana olan maraq və sadiqliyinizi nümayiş etdirir. Təşəkkür edirəm. Biz əlimizdən gələni edəcəyik. Sizin mütəxəssisləriniz əllərindən gələni edəcəklər. Lakin hesab etmirəm ki, biz şəhərimizi Sizin müdrik rəhbərliyinizlə olduğu kimi Bakı qədər gözəl edə bilərik.
Zati-aliləri, düşünürəm ki, mümkün və mənfəətli olan sahələrdə əməkdaşlıq və birgə investisiyalar istiqamətində irəliləməyin vaxtı çatıb. Mənim komandam hazırdır. Neft naziri doktor Musadik Malik haradadır? Mən təfərrüatı ilə hazırlaşmaq, həmkarlarına ən mənfəətli və hər iki ölkəyə, xalqa dividendlər gətirən təkliflər irəli sürməsi üçün onunla iki görüş keçirdim. Bu kontekstdə mən bir qədər əvvəl Azərbaycandan bu sahələrə müəyyən investisiyalar yatırılmasını təklif etdim. Bir şərtlə ki, Siz və komandanız onları ilkin olaraq 2 milyard dollardan başlayaraq təsdiqləyəsiniz və sonra biz həqiqətən də irəli gedə bilək.
Bundan əlavə, əlbəttə ki, Pakistanın xeyrinə böyük lütfünüzə - düyü ixracına görə mən necə təşəkkür etməyə bilərəm. Heç bir gömrük rüsumu yoxdur, düyü ixracı rüsumdan tamamilə azad olunub. Azərbaycandan başqa heç bir ölkə bunu etməyib. Məhz buna görə biz bu unikal əlaqələrdən bu qədər məmnunuq.
Zati-aliləri, mən daha bir neçə məqamı qeyd edərdim, lakin indi sözü Sizə verirəm.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:
- Əziz qardaşım Baş nazir. İlk növbədə, dəvətə görə təşəkkür edirəm. Yenidən qardaş ölkə Pakistanda olmağa və Sizinlə fəal dialoqumuzu davam etdirməyə çox şadam. Biz beynəlxalq tədbirlər çərçivəsində, həmçinin ötən ilin iyununda Sizin Azərbaycana rəsmi səfəriniz zamanı dəfələrlə görüşmüşük. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, biz bir aydan az vaxt bundan əvvəl bir-birimizi Qurban bayramı münasibətilə təbrik edərkən bu səfərlə bağlı razılığa gəldik. Komandalarımız görüşə hazırlıq üçün gərgin və fəal şəkildə çalışdılar. O, yaxşı təşkil olunub. Biz əməkdaşlığımızın bir çox sahələrini əhatə edən 15 sənəd imzalayacağıq. Lakin Siz tamamilə haqlısınız, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq Sizin tərəfinizdədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir. Biz ikitərəfli formatın geniş gündəliyini hazırladıq. Sahələrdən biri investisiya imkanlarıdır. Bu gün bir qədər əvvəl görüşümüz zamanı müzakirə etdiyimiz kimi, biz Pakistanda investisiya layihələri ilə bağlı praktiki təklif görmək istəyirik. Komandalarımız əlbəttə ki, bu gün bununla məşğul olacaqlar.
***
İslamabadda iyulun 11-də Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.
Reyting.az xəbər verir ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İşaq Dar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”i Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”ni Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın kommunikasiyalar və özəlləşdirmə naziri Abdul Alim Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nu Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın energetika naziri Musadik Masud Malik və Azərbaycanın energetika naziri Pərviz Şahbazov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı”nı Pakistanın milli irs və mədəniyyət naziri Ataullah Tarar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri xanım Şaza Fatima Xavaca və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Pakistan İslam Respublikasının “Pakistan Televiziya Korporasiyası” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu “Pakistan Televiziya Korporasiyası” MMC-nin sədri xanım Şahera Şahid və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”i Pakistanın Elm və Texnologiya Nazirliyinin katibi Ali Tahir və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Pakistanın Əyalətlərlərarası Əlaqələndirmə Nazirliyinin katibi Nadim İrşad Kayani və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i Pakistanın Aviasiya Nazirliyinin katibi Saif Ancum və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə etdilər.
“Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”nu İslamabad Paytaxt Korporasiyasının rəhbəri Muhammad Ali Randhava və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Pakistan İslam Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi arasında Anlaşma Memorandumu”nu Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsinin baş icraçı direktoru Sokrat Aman Rana və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə etdilər.
“Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu”nu Pakistanın Ədəbiyyat Akademiyasının sədri xanım Naciba Arif və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov mübadilə etdilər.

Bölməyə aid digər xəbərlər

Bu gün, 11:31
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
Bu gün, 10:17
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
Dünən, 16:07
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Dünən, 13:03
Prezident yol tikintisi ilə bağlı sərəncam imzalayıb
23-10-2025, 17:50
On yeddi mindən çox müəllimin maaşı artacaq
23-10-2025, 13:40
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
23-10-2025, 11:17
İlham Əliyev Viktor Orbana məktub göndərib
23-10-2025, 07:30
Türkiyə Qətərlə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir
22-10-2025, 13:03
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam
22-10-2025, 12:36
Estoniyanın xarici işlər naziri Bakıya gəlib - Fotolar
22-10-2025, 10:28
Əli Əsədov ədliyyə orqanlarına köçürülən vəsaitlə bağlı qərar imzalayıb
22-10-2025, 07:58
Ərdoğan Qətərə səfər edib
21-10-2025, 23:39
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
21-10-2025, 17:24
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
21-10-2025, 16:53
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
21-10-2025, 14:55
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
21-10-2025, 14:12
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
21-10-2025, 13:25
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
21-10-2025, 11:05
Hacıyev: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri vahid "6-lıq" modelini formalaşdırır
20-10-2025, 11:26
Qarabağ zonasında daha 1587.8 hektar ərazi minalardan təmizlənib
20-10-2025, 08:25
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir
19-10-2025, 08:12
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
18-10-2025, 11:54
İlham Əliyev “Kazinform”a müsahibə verib
18-10-2025, 11:14
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
18-10-2025, 00:03
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
17-10-2025, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
17-10-2025, 16:00
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
17-10-2025, 14:29
Prezident konfrans iştirakçılarına müraciət edib
17-10-2025, 12:48
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
17-10-2025, 12:30
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
17-10-2025, 11:05
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
17-10-2025, 09:27
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
17-10-2025, 07:53
Prezident İlham Əliyev Füzuli ilə bağlı paylaşım edib - Video
17-10-2025, 00:02
Füzulinin işğaldan azad olunmasından beş il ötür
16-10-2025, 13:23
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
16-10-2025, 12:29
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
16-10-2025, 12:23
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
15-10-2025, 18:09
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
15-10-2025, 15:48
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15-10-2025, 13:28
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
15-10-2025, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
15-10-2025, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
15-10-2025, 11:48
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki