İlham Əliyev Ursula fon der Lyayenə məktub ünvanlayıb
Tarix: 06-12-2024 19:35 | Bölmə: Gündəm
İlham Əliyev Ursula fon der Lyayenə məktub ünvanlayıb

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə məktub ünvanlayıb.

Reyting.az
xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.

Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər