Əsgərlərin andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq
Tarix: 11-02-2025 11:19 | Bölmə: Gündəm
Əsgərlərin andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq

Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub:

"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".




Bölməyə aid digər xəbərlər