MM-in “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasının vaxtı müəyyənləşib
Tarix: 17-02-2025 10:46 | Bölmə: Gündəm
MM-in “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasının vaxtı müəyyənləşib

Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasının vaxtı müəyyənləşib.

Məlumata görə, xüsusi iclasın may ayında keçirilməsi nəzərdə tutulub(Report).

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 11-də imzaladığı Sərəncamla təsdiqlənən Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında qanunverici orqanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasın keçirilməsi məsələsi yer alıb.




Bölməyə aid digər xəbərlər