İlham Əliyev daha bir Anlaşma Memorandumunu təsdiqləyib
Tarix: 17-02-2025 13:10 | Bölmə: Gündəm
İlham Əliyev daha bir Anlaşma Memorandumunu təsdiqləyib

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib.

Reyting.az
 xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası Hökumətinə bildiriş göndərəcək.




Bölməyə aid digər xəbərlər