Əli Əsədov İrana işgüzar səfərə gedib
Tarix: 17-02-2025 18:46 | Bölmə: Gündəm
Əli Əsədov İrana işgüzar səfərə gedib

Fevralın 17-də Azərbaycanın baş naziri Əli Əsədov İrana işgüzar səfərə gedib.

Nazirlər Kabinetindən Reyting.az-a bildiriblər ki, Tehranın Mehrabad hava limanında Ə.Ə sədovu İranın yol və şəhərsalma naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeq və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Ə. Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.





Bölməyə aid digər xəbərlər