Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Tarix: 10-10-2025 15:43 | Bölmə: Slayd
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.

Əvvəllər dəfələrlə məhkum olunmuş 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (“rezak”la) polis əməkdaşlarına müqavimət göstərib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.

Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq hərəkətləri aparılır.




Bölməyə aid digər xəbərlər