2025-ci ilin ən yaxşı binası seçilib - Fotolar
Tarix: 11-10-2025 13:48 | Bölmə: Cəmiyyət
2025-ci ilin ən yaxşı binası seçilib

"Council on Vertical Urbanism" və yaxud Şaquli Urbanizm Şurası 2025-ci ildə "Dünyanın ən yaxşı hündür binası" mükafatına Belçikanın Brüssel şəhərində yerləşən "ZIN in No(o)rd" adlı layihəni layiq görüb. Bu mükafat Kanadanın Toronto şəhərində keçirilən beynəlxalq konfrans zamanı elan edilib.

Reyting.az
xəbər verir ki, 111 metr hündürlüyü olan böyük layihə 1970-ci illərin ofis kompleksinin yaşayış, otel, ictimai, həmçinin digər iş sahələrini özündə birləşdirən "şaquli ekosistem"-ə çevrilməsinə görə daha çox fərqləndirilib.

Layihə çərçivəsində bu binaya iki hündür qüllə birləşdirilib, üstəlik, yaşıl məkanlar, enerji səmərəliliyi texnologiyaları əlavə olunub. Mövcud konstruksiyaların 85 faizi qorunub, eləcə də tikinti materiallarının təxminən 60 faizdən çoxu yenidən istifadə edilib. Bu isə karbon emissiyalarını xeyli azaltmaqla, Avropada davamlı yenidənqurma məqsədilə müasir inşaatda ekoloji baxımdan yeni standart yaradıb.




Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər