İqtisadiyyat naziri təyin edildi - Fərman
Tarix: 14-05-2019 18:34 | Bölmə: Gündəm
İqtisadiyyat naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri vəzifəsinə təyinat olub.

Reyting.az
xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də bununla bağlı fərman imzalayıb.

Fərmanla bu vəzifəyə Tapdıq Vaqif oğlu Əliyev təyin edilib.

Qeyd edək ki, T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}