İcra başçısı saxlanılıb - DTX əməliyyat keçirib - (Yenilənib)
Tarix: 30-10-2025 11:27 | Bölmə: Slayd
İcra başçısı saxlanılıb - DTX əməliyyat keçirib - (Yenilənib)

Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

Reyting.az
-ın məlumatına görə, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirir.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir. (Qafqazinfo)

Əlavə məlumat veriləcək.

***

Qeyd edək ki, İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayonu Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib.

"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini olub.



Ailəlidir, 3 övladı var.

İslam Rzayev 18 may 2011-ci ildən Balakən rayonunun icra başçısıdır.




Bölməyə aid digər xəbərlər