İcra başçısı nazir müavini, mərkəz rəhbəri başçı vəzifəsinə təyin edildi – Kadr dəyişikliyi
Tarix: 10-06-2016 13:41 | Bölmə: Gündəm


Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin vəzifəsindən azad olunub.Yaxın saatlarda dövlət başçısının bununla bağlı sərəncamı yayımlanacaq.

Reyting.az-ın məlumatına görə, belə bir iddia ilə unikal.org saytı çıxış edib. İddiaya görə, Mübariz Ağayev kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

Məlumatı Göyçay Rayon İcra Hakimiiyyətindən də təsdiqləyiblər.

Məlumata görə, Mübariz Ağayevin boşaltdığı vəzifəyə təyinat da olub. Belə ki,Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisiMehdi Səlimzadə Göyçaya icra başçısı göndərilib.

Onu da qeyd edək ki, Mehdi Səlimzadə əslən İmişli rayonundandır. O, Sumqayıtın icra başçısı Zakir Fərəcovla qudadır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}