Yanes Kosyançiç İlham Əliyevə xatirə hədiyyəsi verdi - Görüş
Tarix: 20-07-2019 14:06 | Bölmə: Gündəm
Yanes Kosyançiç İlham Əliyevə xatirə hədiyyəsi verdi - Görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçi qəbul edib.

Reyting.az
Azərtac-a istinadla xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirib.

Yanes Kosyançiç XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq prosesi olduğunu dedi. Yanes Kosyançiç Azərbaycanın beynəlxalq idman aləmində güclü mövqelərə malik olduğunu deyərək, bu işlərdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi ilə bağlı hazırlıq işlərinin tamamlandığını qeyd edib və bu tədbirin önəmini vurğulayıb.

Dövlətimizin başçısı idmanın Azərbaycanda prioritet sahələrdən biri olduğunu bildirərək idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını və Azərbaycanda mühüm beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini qeyd edib.

Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}