Putin-Ərdoğan görüşündə terrorçulara qarşı birgə mübarizə müzakirə olunub
Tarix: 28-08-2019 00:29 | Bölmə: Gündəm
Putin-Ərdoğan görüşündə terrorçulara qarşı birgə mübarizə müzakirə olunub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla Rusiya istehsalı olan “Su 35” və “Su 57” qırıcı təyyarələri ilə bağlı müzakirə aparıblar.

Bunu Rusiyaya səfər etmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

Putin Ərdoğanla Rusiya istehsalı olan “Su 35” və “Su 57” qırıcı təyyarələri barədə müzakirə apardıqlarını söyləyib. Ərdoğan deyib ki, bu təyyarələrin həm də birlikdə istehsalını müzakirə ediblər.

Prezidentlərin müzakirəyə çıxardıqları məsələlərdən biri də İdlibdəki terror ocaqlarını neytrallaşdırmaq üçün birlikdə əlavə tədbirlərin görülməsi olub.

Putin, Türkiyənin Suriya qaçqınlarından böyük əziyyət çəkdiyini də diqqətə çatdırıb: "Türkiyədə 3 milyondan çox suriyalı var. Biz Türkiyənin narahatlığını, cənub sərhədlərinin təhlükəsizliyi barədə narahatlığını başa düşürük. Bu barədə müzakirələr apardıq".

Putin deyib ki, Suriyada, Türkiyənin cənub sərhədlərində təhlükəsizlik zonasının yaradılması Suriyanın ərazi bütövlüyü üçün də yaxşı şərait yaradacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}