20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
AŞPA prezidentindən rəsmi Bakıya çağırış: "İstanbul konvensiyasına qoşulun"
Tarix: 11-09-2019 16:27 | Bölmə: Gündəm
AŞPA prezidentindən rəsmi Bakıya çağırış: "İstanbul konvensiyasına qoşulun"

“Azərbaycanın Avropa Şurasındakı üzvlüyü birliyimizin mühüm cəhətidir. Məhz buna görə də Avropa Şurasının 70 illiyini Bakıda qeyd edirik”.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçirilən “Hüquqlarımız, azadlıqlarımız, bizim Avropa” adlı konfransın açılışındakı nitqində bildirib.

Avropa Şurası ölkələrinin İnsan Hüquqları Konvensiyasını milli səviyyədə həyata keçirmələrinin əhəmiyyətinə toxunan qonaq Bakıda keçirilən tədbiri bu məsələlərin müzakirəsi üçün əlverişli platform kimi səciyyələndirib.

Lilian Mori Paskye həmçinin Azərbaycan hökumətinə əməkdaşlığa görə təşəkkür edərək səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla və başqa rəsmi şəxslərlə görüşlər keçirdiyini qeyd edib.

Qonaq Azərbaycan hökumətini Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul konvensiyasına qoşulmağa çağırıb/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər