17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Tarix: 16-09-2019 13:24 | Bölmə: Gündəm
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, sentyabrın 20-dək davam edəcək təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}