07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Rusiyalı politoloq: “İlham Əliyevin beynəlxalq aləmdə hörməti yüksəkdir” - Foto
Tarix: 07-10-2019 20:16 | Bölmə: Gündəm
Rusiyalı politoloq: “İlham Əliyevin beynəlxalq aləmdə hörməti yüksəkdir”

"Azərbaycan Prezidenti İlham Əliyev təcrübəsi və yüksək diplomatik bacarığı sayəsində mesajını aydın və dəqiq çatdırdı".

Bunu rusiyalı politoloq Sergey Markov Bakıda Prezident İlham Əliyevin Soçidəki "Valday" klubunda çıxışı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun fikrincə, bu bacarıq sayəsində bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin, eləcə də danışıqların keçirildiyi məkana çevrilib: "Bu gün Azərbaycan Prezidentinin beynəlxalq aləmdə hörməti yüksəkdir".

S. Markovun sözlərinə görə, İ. Əliyevin Soçiyə - Valday forumuna dəvət olunması Moskvanın Bakı ilə dostluq münasibətlərinin göstəricisidir. Politoloq qeyd edib ki, ölkələr arasındakı münasibətlərdə "Bakı havası" yaşanır.

Rusiyalı politoloq bildirib ki, Azərbaycanın dövlət başçısı Soçidə Dağlıq Qarabağ münaqişəsinin həlli konteksində maraqların və Azərbaycanın hərəkətlərinin məntiqini izah etməyə çalışıb.

Rusiyalı politoloq: “İlham Əliyevin beynəlxalq aləmdə hörməti yüksəkdir”
S. Markov

"Hesab edirəm ki, bu, ümumilikdə, forumun ən güclü çıxışlarında biri idi. Forumda iştirak edən akademik və media cəmiyyəti münaqişə barədə kifayət qədər məlumatlı deyildi, çünki onların mövqeyi erməni diasporunun təsiri altında olan medianın məlumatları sayəsində formalaşır. Bu baxımdan Azərbaycan Prezidentinin çətin auditoriyası var idi”, - deyə rusiyalı ekspert əlavə edib.

S. Markov BMT-nin bu gün Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb:

"Heç bir ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrini şübhə altına almır. O başqa məsələ ki, İlham Əliyevin də dediyi kimi, bu qətnamələr yerinə yetirilmir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}