12:56 / 26-12-2024
Sabah yağış yağacaq
Rövşən Rzayev: “İcra orqanları daha çevik, fəal və qətiyyətli addımlar atmalıdır”
Tarix: 24-08-2016 15:17 | Bölmə: Gündəm


"Bu gün ölkəmiz daha böyük geosiyasi dövlətə çevrilib. Azərbaycan Konstitusiyasına təklif edilən dəyişiklikləri də ölkəmizin inkişafının davamı kimi qiymətləndirmək olar”.

Reyting.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, təklif edilən dəyişikliklərə əsasən, ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması dövlətimizin güclənməsi ilə yanaşı, xalqımızın daha da firavan yaşamasına xidmət göstərəcək:

"Azərbaycan həm iqtisadi, həm də siyasi cəhədən güclü dövlətdir. Bu gün Azərbaycan xalqı daha intensiv və çevik siyasət gözləyir. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən icra orqanları da Prezident İlham Əliyevin istədiyi kimi daha çevik, fəal və qətiyyətli addımlar atmalıdır. Belə olan halda, ölkəmiz daha da güclənər, xalqımız daha firavan yaşayar. Bu baxımdan düşünürəm ki, ölkəmizdə vitse-prezidentlik institutlarının yaranması məhz bu siyasətə dəstək və kömək olacaq”.

R.Rzayev qeyd edib ki, ölkə başçısının "ASAN Xidmət” proqramı ilə Azərbaycan xalqı bir çox bürokratik aparatlardan canını qurtara bilib: "Bu baxımdan yeni yaradılacaq institut da bu siyasətin davamıdır. Vitse-prezidentlik Azərbaycan xalqına, dövlətçiliyinə daha uğurlu və çevik siyasət gətirəcək. Bundan həm Azərbaycan xalqı bəhrələnəcək həm də ölkəmiz daha da güclənəcək. Ümumiyyətlə, sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi - Referendumdan sonra yeni institutların yaranması, yeni islahatlar bütövlükdə ölkəmizin xeyrinə atılacaq addımlar olacaq”.

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər