20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Səlim Müslümovun daha bir dayısı işdən çıxarıldı - Nöqsanlara görə
Tarix: 18-11-2019 11:43 | Bölmə: Gündəm
Səlim Müslümovun daha bir dayısı işdən çıxarıldı - Nöqsanlara görə

Ağsu rayon Pambıq Məntəqəsinin müdiri Mirfazil Seyidəliyev vəzifəsindən azad edilib.

Məlumata görə, M.Seyidəliyev işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, M.Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ənvər Seyidəliyevin qardaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun dayısıdır.

M.Seyidəliyev uzun müddət Ağsu Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb/Axar.az.

Onu da qeyd edək ki, S.Müslümovun dayısı olan icra başçısı Ənvər Seyidəliyev də az əvvəl vəzifədən azad olunub.

Mia.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər