Dünyanın ən varlı şəhərləri müəyyənləşib - Siyahı
Tarix: 19-11-2025 17:49 | Bölmə: İqtisadiyyat
Dünyanın ən varlı şəhərləri müəyyənləşib

Yaponiyanın paytaxtı Tokio dünyanın ən varlı şəhəri elan edilib.

Reyting.az
xəbər verir ki, "CEOWORLD Magazine" nəşrinin araşdırmasına görə, 2025-ci ildə Yaponiya paytaxtının ümumi daxili məhsulu (ÜDM) 2,55 trilyon dollara çatıb.

Siyahıda ikinci yeri 2,49 trilyon dollarlıq ÜDM ilə ABŞ-ın Nyu-York şəhəri, üçüncü yeriə isə 1,62 trilyon dollarlıq göstərici ilə Los-Anceles şəhəri tutur.

Siyahıya ümumilikdə 300 meqapolis daxil edilib. İlk onluqda Tokio, Nyu-York və Los-Anceleslə yanaşı London, Seul, Paris, Çikaqo, Osako, San-Fransisko və Şanxay yer alıb.

Yeni statistika 2025-ci ilin nəticələri və Asiyanın qlobal iqtisadiyyatda artan üstünlüyünü əks etdirir.

Məlum olub ki, dünyanın ən böyük 10 şəhəri birlikdə dünya ÜDM-nin təxminən üçdə birini formalaşdıra bilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
6-11-2025, 09:36 Neftimiz cüzi ucuzlaşıb