Taleh Kazımov: "Valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib"
Tarix: 19-11-2025 12:42 | Bölmə: İqtisadiyyat
Taleh Kazımov: "Valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib"

2025-ci ilin ötən dövründə valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib.


Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu da qiymət sabitliyinə zəruri dəstək verib: "Tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli qalması və iqtisadi gözləntilərin effektiv idarə olunması valyuta bazarında tarazlığı dəstəkləyib".

AMB sədrinin sözlərinə görə, bu proseslərlə yanaşı, 2022-ci ildən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi üzrə həyata keçirilən islahatlar iqtisadiyyatda dedollarlaşma meyillərini gücləndirib: "Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq oktyabr ayının nəticələrinə əsasən 28,5 %-ə düşüb. Bu da tarixi minimumdur. Qeyd olunan dinamika həm məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu, həm də manata inamın davamlı gücləndiyini göstərir. Bu, milli iqtisadiyyatımızın və milli valyutamız üçün əsas nailiyyətlərdən biridir".




Bölməyə aid digər xəbərlər
6-11-2025, 09:36 Neftimiz cüzi ucuzlaşıb