Ruslar iki şəhəri raketlə vurub
Tarix: 19-11-2025 11:32 | Bölmə: Xəbərlər
Ruslar iki şəhəri raketlə vurub

Bu gecə Rusiya Ukrayna ərazisinə kütləvi hücum edib.

Reyting.az
xəbər verir ki, Lvov şəhərinə kamikadze dronlar hücum edib, partlayış səsləri eşidilib və daha sonra bölgəyə raketlər atılıb.

Yerli ictimai qruplar Lvovda elektrik kəsintiləri barədə məlumat veriblər. Şəhər meri Andriy Sadovyi bildirib ki, hücum şəhərin ictimai nəqliyyat cədvəlinə təsir edəcək.

Regional Hərbi Administrasiyasının başçısı Maksim Kozitski deyib ki, ruslar bölgəyə döyüş dronları və qanadlı raketlərlə hücum ediblər.

“Elektrik qurğusu, ağac emalı zavodu və anbar da zədələnib. Obyektlərdən birində baş verən yanğın söndürülür”, - deyən Kozitski əlavə edib ki, hücum nəticəsində ölən və ya yaralanan olmayıb.

Ruslar Ternopola da hücuma keçiblər. Ternopol Regional Hərbi Administrasiyası raket xəbərdarlığı edib və daha sonra şəhərdə partlayış səsləri eşidilib.

“Qatillər şəhərimizə raketlər və intiharçı bombalarla zərbələr endirdilər. Binalara və yaşayış yerlərinə ziyan vurulub, tələfat var. Müvafiq xidmətlər hadisə yerində işləyir. Daha ətraflı məlumatı sonra verəcəyik”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər