"Hər zəngi açmayın" - DİN-dən xəbərdarlıq
Tarix: 19-11-2025 14:46 | Bölmə: Xəbərlər
"Hər zəngi açmayın" - DİN-dən xəbərdarlıq

"Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır".

Reyting.az
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda vətəndaşlar sadə təhlükəsizlik qaydalarına əməl etməyə çağırılıb:

"- Hər zəngi açmayın. Naməlum nömrələrdən edilən zənglər çox vaxt dələduzluq məqsədi daşıyır.

- Hər SMS-ə cavab verməyin. “Bonus qazandınız”, “Hesabınız bloklanıb”, “Təcili ödəniş edin” kimi mesajlar tələ ola bilər.

- Hər linkə daxil olmayın. Saxta saytlar kart məlumatlarınızı ələ keçirmək üçün hazırlanır.

- Şəxsi məlumatları paylaşmayın. PIN, CVV, 16 rəqəmli kart nömrəsi və SMS kodlar yalnız sizə məxsusdur.

"Sizə zəng edən heç bir bank əməkdaşı şəxsi kart məlumatlarınızı istəmir. Şübhəli hal gördükdə dərhal bankınıza və polisə məlumat verin".




Bölməyə aid digər xəbərlər