Deputat: “Ərzağın qiymətinin qalxması böyük problemlər yaradır”
Tarix: 19-11-2025 15:48 | Bölmə: İqtisadiyyat
Deputat: “Ərzağın qiymətinin qalxması böyük problemlər yaradır”

“Azərbaycan əhalisinin əməkhaqqısının 2500 manatdan yuxarı olan hissəsi əhalinin 5,5 faizini əhatə edir”.

Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

“1,5 milyon nəfər 2500 manatdan aşağı maaş alır. Bu da aztəminatlı insanların sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Sosial xərclər o səviyyədə dəqiq xərclənməlidir ki, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanınmasın. Ərzaq məhsullarının qiymətinin qalxması böyük problemlər yaradır. Azərbaycanda əhalinin 36%-nin kənd təsərrüfatında çalışması qeyd olunsa da, onların ÜMD-də payı 6 faizdir. Bu, istənilən Avropa ölkəsi ilə müqayisədə çox aşağı çəkiyə malikdir”, - deputat bildirib(qafqazinfo).




Bölməyə aid digər xəbərlər
6-11-2025, 09:36 Neftimiz cüzi ucuzlaşıb