Quldurluq etməkdə şübhəli şəxslər saxlanılıb
Tarix: 19-11-2025 09:12 | Bölmə: Xəbərlər
Quldurluq etməkdə şübhəli şəxslər saxlanılıb

Noyabrın 18-də gecə saatlarında Şəmkir rayonundakı yaşayış evlərindən birinə daxil olan iki naməlum şəxs ev sahibini kəsici alətlə hədələyərək pulunu və evin açarlarını ələ keçiriblər.

Reyting.az
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunub.

Davam etdirilən tədbirlərlə 2010-cu il təvəllüdlü Elay İsgəndərov və 2007-ci il təvəllüdlü Cəsur Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.




Bölməyə aid digər xəbərlər