Keçmiş baş nazir edam cəzasına məhkum edilib
Tarix: 17-11-2025 16:07 | Bölmə: Xəbərlər
Keçmiş baş nazir edam cəzasına məhkum edilib

Banqladeşin paytaxtı Dakkada Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin avqust ayında vəzifəsindən uzaqlaşdırılan keçmiş baş nazir Şeyx Hasina ilə bağlı hökmünü açıqlayıb.

Reyting.az
xəbər verir ki, 78 yaşlı Hasina insanlığa qarşı cinayətlərə görə edam cəzasına məhkum edilib.

Hasina ötən ilin avqust ayında Hindistana qaçıb və məhkəmə çağırışına tabe olmayaraq geri qayıtmayıb.

Məhkəmə bildirib ki, Hasina təxminən 1400 insanın ölümünə səbəb olan tələbələrin rəhbərlik etdiyi kütləvi üsyanı vəhşicəsinə yatırmaqda ittiham olunur.

Dakkada keçirilən məhkəmə prosesinə sədrlik edən hakim Qolam Mortuza Mozumder hökmü oxuyarkən “Bəşəriyyətə qarşı cinayətin bütün elementləri yerinə yetirilib”,- ifadəsini işlədib.

Qeyd edək ki, Hasinanın məhkəmə çağırışına tabe olmaması və Hindistanda qalması qərarın həm milli, həm də beynəlxalq səviyyədə təsirini artırıb. Ekspertlər hesab edirlər ki, bu qərar Banqladeş siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər