Baş nazir Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı dəyişiklik etdi – Qərar
Tarix: 31-08-2016 12:28 | Bölmə: Gündəm

Nazirlər Kabineti "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 9 noyabr tarixli qərara dəyişikliklər edib.

Baş nazir Artur Rasizadənin imzaladığı yeni qərara əsasən, "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 9 noyabr tarixli 176 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, preambulasında, 1-ci, 2-ci və 4-cü hissələrində "Milli Təhlükəsizlik Nazirliyi” sözləri "Dövlət Təhlükəsizliyi Xidməti” (DTX) sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 1-17 nömrəli normalarda "Milli Təhlükəsizlik Nazirliyi” sözləri "Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə, "MTN-in” sözü "DTX-nin” sözü ilə və "milli təhlükəsizlik nazirinin” sözləri "Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin” sözləri ilə əvəz edilsin.

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər