Bakıda NATO-nun Hərbi Komitəsinin sədri ilə Rusiyanın Baş Qərargah rəisi görüşüb
Tarix: 26-11-2019 19:55 | Bölmə: Gündəm
Bakıda NATO-nun Hərbi Komitəsinin sədri ilə Rusiyanın Baş Qərargah rəisi görüşüb

Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

"RİA Novosti" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Avropanın təhlükəsizliyi, Rusiya-NATO təmas xəttində mümkün insidentlərin qarşısının alınması, hərbi ekspertlər arasında dialoqun bərpası perspektivi, həmçinin böhranlı bölgölərdəki vəziyyəti müzakirə ediblər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}