13:41 / 12-05-2025
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
13:07 / 12-05-2025
Polşa Rusiyadakı Baş Konsulluğunu bağlayır
13:02 / 12-05-2025
İttiham: Polşadakı böyük yanğını Rusiya törədib
12:50 / 12-05-2025
Buraxılış imtahanının cavabları açıqlanıb
12:37 / 12-05-2025
GEM qızılca ilə bağlı məlumat yayıb
12:19 / 12-05-2025
“Avroviziya 2025”-in ilk yarımfinalı başlayır
12:13 / 12-05-2025
Sabah Bakıda 30-dan çox ölkə təmsilçisinin iştirakı ilə forum keçiriləcək
11:15 / 12-05-2025
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir
10:46 / 12-05-2025
Avropalı nazirlər Londona gəliblər
10:44 / 12-05-2025
Bakıda 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb
10:30 / 12-05-2025
Ekspert: "Bu il ali məktəblərə keçid balları arta bilər" - Video
10:20 / 12-05-2025
PKK özünü ləğv edib
10:04 / 12-05-2025
Rusiyada naziri korrupsiya ittihamı ilə saxlayıblar
10:02 / 12-05-2025
Rabitə naqilini dirəkdən kəsib oğurlayanlar tutulublar
09:37 / 12-05-2025
Vətəndaşların bank kartından 13 min manat oğurlanıb
09:28 / 12-05-2025
Terrorçuluqda şübhəli şəxsləri Azərbaycana gətiriblər
09:24 / 12-05-2025
Trampın elçisi amerikalı tərcüməçilərə etibar etməyib
09:06 / 12-05-2025
Dünyanın ən xoşbəxt şəhərləri... - Siyahı tərtib ediblər
08:50 / 12-05-2025
Ceyhun Bayramov Bəhreyn Krallığına gedib
08:43 / 12-05-2025
Tom Kruz: “Kubrikə Nikolu mən təklif etdim...”
08:12 / 12-05-2025
Yerin nüvəsindən siqnallar gəlir
08:06 / 12-05-2025
Ukrayna Qələbə abidəsini PUA-larla vurub
08:01 / 12-05-2025
İsrailin qarşısını yalnız ABŞ ala bilər
07:56 / 12-05-2025
Dünyanın “çekistləri” Moskvaya toplaşır
07:49 / 12-05-2025
London Rusiyaya münasibətini sərtləşdirir
00:01 / 12-05-2025
Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə müzakirə aparıb
22:28 / 11-05-2025
"Qarabağ" "Araz-Naxçıvan"ı məğlub edib
14:22 / 11-05-2025
"Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparanlara qarşı əməliyyat keçirilib - Video
14:07 / 11-05-2025
Magistraturalara qəbul imtahanı keçirilib - Yenilənib
20:00 / 10-05-2025
İlham Əliyev Ağdama gedib - (Yenilənib) - Fotolar
17:04 / 07-05-2025

09:13 / 08-05-2025

17:30 / 08-05-2025

11:24 / 08-05-2025

20:00 / 10-05-2025

09:30 / 08-05-2025

17:08 / 08-05-2025

16:58 / 08-05-2025

17:29 / 07-05-2025

16:51 / 08-05-2025

19:35 / 07-05-2025

Əli Əsədov nazir və komitə sədrlərinə tapşırıqlar verdi - Hökumət üzvlərinin ilk müşavirəsi
Tarix: 17-01-2020 18:08 | Bölmə: Gündəm

Bu gün Nazirlər Kabinetində Prezident İlham Əliyevin yanvarın 13-də keçirdiyi müşavirədə hökumətə tapşırıqlarının icrası ilə əlaqədar iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, ilk müşavirə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması məsələsinə həsr olunub.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov bildirib ki, Prezident İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə hökumət qarşısında 25-dən çox tapşırıq qoyub: "Nazirlər Kabineti bu tapşırıqları sistemləşdirib və həyata keçirilməsi üçün Tədbirlər planı hazırlayıb, bununla bağlı müvafiq Sərəncam imzalanıb".
Baş Nazir Əli Əsədov deyib ki, Prezident İlham Əliyev müşavirədə qeyri-formal məşğulluğun qarşısının alınması və şəffaflığın genişləndirilməsini xüsusi vurğulayıb və bu müşavirə Prezidentin tapşırıqlarının icrası üçün keçirilən ilk iclasdır.
Baş Nazir qeyd edib ki, son 2 ildə Dövlət Sosial Müdafiə Fonduna ödəmələrin 37 faizdən çox artması aparılan islahatın real göstəricisidir. Görülən işlərin nəticəsində vergi bazası da genişlənməkdədir: “Amma, Azərbaycan Prezidentinin siyasi iradəsi belədir ki, bu iş daha da güclənməlidir”.
Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həlli ilə bağlı bu günədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verən Baş Nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov deyib ki, son 15 ildə ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə enib: “Tədbirlər planı 5 bölmədən 36 maddədən ibarətdir. İndiyədək həmin maddələrin 18-i tam, 7-si qismən icra edilib, 11 maddə üzrə işlər mütəmadi icra olunacaq. Ümumilikdə görülmüş işlər müsbətdir. 2017-ci ilin ikinci yarısından 2019-cu ilin sonunadək ümumilikdə 300 minədək əmək müqaviləsinin artımı müşahidə olunub. İlbəil dinamikanın artması da yaxşı göstəricidir. Təkcə 2019-cu ildə bu göstərici 153 min olub. Həmin 300 minədək artım ümumilikdə məşğul əhalinin faiz etibarilə artımının 21,2 faizi deməkdir".
Əmək və sosial hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məruzə edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki: “2019-cu ildə 153 min əmək müqavilələrinin artımının 99 mini məhz özəl sektorun payına düşür”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə qeyd edib ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində 2019-cu ildə yerlərdə bir çox operativ vergi tədbirləri keçirilib: "İl ərzində 7294 pozuntu fakt aşkarlanıb və qanunvericilyə uyğun olaraq ilk hal olduğu üçün sahibkarlara yazılı xəbərdarlıq olunub. Lakin bundan nəticə çıxarmayaraq təkrarən belə addım atan şəxslərə 268 min manat maliyyə sanksiyası tətbiq olunub, 27 fakt üzrə cinayət işi açılıb. İl ərzində vergi orqanlarının xətti ilə sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artaraq 2 milyard 931 milyon manat təşkil edib, proqnoz 105,8 faiz icra olunub”.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, ötən 2 ildə Komissiyanın fəaliyyəti nəticəsində mühüm nailiyyətlər əldə olunub, çox güclü institusional baza yaradılıb: "Real nəticələr görülən işlərin dinamikasinda da özünü göstərir. Dövlət Statistika Komitəsi İqtisadiyyat və Əmək və Əhalinin Sosila Müdafisəi nazirlikləri ilə birgə razılaşdırılmış metodologiya əsasında qeyri-formal məşğulluğun səviyyəsinin qiymətləndirilməsi üzrə təhlillər aparılıb. Bu təhlillərə beynəlxal ekspertlər cəlb olunub və beynəlxalq metodologiya əsasənda hazırlanıb".
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib: “Təhlillər göstərir ki, qeyri-leqal məşğulluğun yüksək olduğu sahələrdən biri də tikinti sahəsidir. 2017-2019-cu illərdə bu sahədə 171 monitorinq həyata keçirilib, 170 min 600 əmək müqaviləsi imzalınıb ki, onların 90 min 451-i və ya 45 faizi sırf bu monitorinqlər nəticəsində işəgötürənlər tərəfindən bağlənmış müqavilələrdir. Yəni monitorinqlər bu sektorda 45 faiz əmək müqavilələrinin rəsmiləşdirilməsinə imkan yaradıb”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qeyd edib ki, tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində komitə tikintiyə dair verdiyi icazələr, icazə alımış hüquqi və fiziki şəxslər barədə məlumatları Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinə göndərir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev qeyd edib ki, son dövrlərdə əmək hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda görülən işlər Beynəlxalq Əmək Təşkilatında yüksək qiymətləndirilir.
Müzakirələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli, Daxili işlər nazirinin müavini İsmət Əliyev, Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev iştirak ediblər.
Sonda məsələni nəzarətdə saxlamaq, vaxtaşırı hesabat hazırlanması üçün müvafiq qurumlara tapşırıqlar verilib və Prezidentin tapşırığına əsasən sıx koordinasiyanın vacibliyi qeyd edilib.
Bölməyə aid digər xəbərlər

10-05-2025, 11:27
Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları
10-05-2025, 10:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər - Fotolar
10-05-2025, 00:01
Bu gün Heydər Əliyevin doğum günüdür
9-05-2025, 17:18
İlham Əliyev və birinci xanım Şuşada - (Yenilənib) - Fotolar
9-05-2025, 09:59
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
9-05-2025, 09:05
Anqola prezidenti İlham Əliyevə zəng edib
8-05-2025, 22:40
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
8-05-2025, 17:08
Prezident mədəniyyət və elm xadimləri ilə bağlı sərəncam imzalayıb
8-05-2025, 16:58
İncəsənət xadimlərinə Prezident mükafatı verilib - (Siyahı)
8-05-2025, 15:40
Milli Məclis bəyanat verib - (Yenilənib)
8-05-2025, 15:04
İlham Əliyev Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
8-05-2025, 14:29
Əli Əsədovla To Lam arasında görüş olub
8-05-2025, 13:58
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
8-05-2025, 11:01
Baş katibin xanımı İçərişəhərlə tanış olub
7-05-2025, 16:44
Prezident İlham Əliyev fərman imzalayıb
7-05-2025, 12:33
Bayramov İraqın baş nazirinin müavini ilə görüşüb - Yenilənib
7-05-2025, 11:24
Nazirlər Kabineti mədəni və yaradıcı sənaye ilə bağlı qərar verib
6-05-2025, 23:00
Belarus baş nazirinin Azərbaycana səfəri başa çatıb
6-05-2025, 18:56
İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib
6-05-2025, 18:03
Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb
6-05-2025, 16:19
Prezident yeni fərman imzalayıb
6-05-2025, 15:18
Belarusun baş naziri Qarabağa gəlib - (Yenilənib) - Foto
6-05-2025, 14:52
Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşüb
6-05-2025, 11:19
Belarusun baş naziri Fəxri xiyabanı ziyarət edib - Fotolar
6-05-2025, 11:12
9-cu siniflər üçün növbəti imtahan keçiriləcək
5-05-2025, 18:05
Azərbaycanla Belarus arasında sənədlər imzalanıb
5-05-2025, 17:07
Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi ilə görüşüb - Fotolar
5-05-2025, 16:21
Xarici İşlər Nazirliyinin əsasnaməsi və strukturu təsdiqlənib
5-05-2025, 15:58
Əli Əsədov Belarusun baş naziri ilə görüşüb
5-05-2025, 14:24
Şahzadə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
5-05-2025, 12:50
Belarusun baş naziri Azərbaycana gəlib
5-05-2025, 12:45
Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb
5-05-2025, 12:23
Qarabağ zonasında daha 1416.9 hektar ərazi minalardan təmizlənib
4-05-2025, 16:34
Samir Şərifov Suriya prezidenti ilə görüşüb - Foto
3-05-2025, 16:30
Putin Əliyevə məktub göndərib
3-05-2025, 15:16
Leyla və Arzu Əliyevalar Naxçıvana səfər ediblər - Fotolar
3-05-2025, 11:54
İlham Əliyev Polşa prezidentini təbrik edib
2-05-2025, 17:10
Tələbə qəbulu qaydaları dəyişib - Cədvəl
2-05-2025, 17:01
Prezident ziyarətgahın təmir və bərpasına vəsait ayırıb - Foto
1-05-2025, 16:24
Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb
1-05-2025, 14:40
Koordinasiya Şurasının növbəti iclası keçirilib
1-05-2025, 14:12
Prezident yol tikintisinə 1,5 milyon manat ayırıb
1-05-2025, 12:30