MSK daha bir deputatın lider olduğu dairə ilə bağlı qərar verdi
Tarix: 22-02-2020 16:47 | Bölmə: Gündəm
MSK daha bir deputatın lider olduğu dairə ilə bağlı qərar verdi

MSK-nın iclasında 48 saylı Yevlax seçki dairəsindən namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.

Reyting.az
xəbər verir ki, şikayətlə bağlı MSK katibi Arifə Muxtarova bildrib ki, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb, şikayətçilərlə əlaqə saxlanılıb. Şikayətçi müraciətində 3 və 13 saylı məntəqələrdə qanun pozuntularının olduğunu bildirib.

DSK müraciəti hərtərəfli araşdırıb və əsassız hesab edib. Lakin sosial şəbəkələrdə görüntülər araşdırılıb. Həmin görüntülər araşdırılan zaman 6 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 6 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

Sonda həmin dairənin 1 seçki ( 6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qəbul edilib.

Qeyd eədk ki, bu dairədə lider namizəd deputat İlham Məmmədovdur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}