20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türkiyə-Naxçıvan sərhədi niyə bağlanıb? - Səfirdən koronavirus təhlükəsi ilə bağlı açıqlama
Tarix: 24-02-2020 11:14 | Bölmə: Gündəm
Türkiyə-Naxçıvan sərhədi niyə bağlanıb? - Səfirdən koronavirus təhlükəsi ilə bağlı açıqlama

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İranda koronavirus təhlükəsi ilə bağlı Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdırmasına münasibət bildirib.

E. Özoral APA-ya açıqlamasında bildirib ki, məhdudiyyətlər fevralın 23-də axşam saat 17.00 radələrində qüvvəyə minib.

E. Özoral qeyd edib ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Dilucu sərhəd-keçid məntəqəsində də bəzi tədbirlər görülüb: “Bu tədbirlərlə bağlı Azərbaycanın rəsmi dairələrinə lazımi məlumatlar verəcəyik. Türkiyə rəsmiləri Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır, müzakirə aparırlar. Naxçıvanın çətin duruma düşməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”.

Səfir Dilucu sərhəd-keçid məntəqəsində məhdudiyyətlərlə bağlı tədbirlərin yeni tətbiq olunmağa başlandığını söyləyib: “Bu gün həmin tədbirlərin konkret nələrdən ibarət olacağı dəqiqləşəcək”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər