20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türkiyə parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat verib
Tarix: 25-02-2020 16:02 | Bölmə: Gündəm
Türkiyə parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat verib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyası Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

“Anadolu” xəbər verir ki, sənəddə beynəlxalq ictimaiyyətə çağırış edilərək qətliama ciddi reaksiya göstərilməsi istənilib.

Bəyanatda Xocalı soyqırımı haqqında qısa məlumat da yer alıb.

Sənəddə hadisə şahidləri və qurbanlarının hələ də həyatda olduğu, Xocalıda baş verənlərin tarixi olay deyil, günümüzün acı reallığı olduğu vurğulanıb: “İnsanlıq adına qanlı bir ləkə olan bu cür qətliamların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının qərarları çərçivəsində Xocalı soyqırımına layiq olduğu diqqəti verməsi və lazımi reaksiya göstərməsinin vacib olduğunu bir daha vurğulayırıq. Azərbaycanlı qardaşlarımıza bu haqlı davada həmrəyliyimizi ifadə edirik. Bu hadisəyə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılmasına çağırırıq. Ermənistan işğal etdiyi torpaqlardan tezliklə çıxmalıdır”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər