20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Prezident Hikmət Hacıyev və Fərəh Əliyevanı yeni vəzifəyə təyin edib - Sərəncam
Tarix: 25-02-2020 16:09 | Bölmə: Gündəm
Prezident Hikmət Hacıyev və Fərəh Əliyevanı yeni vəzifəyə təyin edib

Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı verilən sərəncama əsasən, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tərkibində dəyişiklik olub.

Dəyişikliyə əsasən, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Komissiyanın üzvləri sırasına daxil edilib.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə YUNESKO-ya bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri isə Fərəh Əliyevadır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər