20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Prezident İlham Əliyev müdaxilə etdi, Türkiyə Naxçıvanla sərhədi açdı
Tarix: 26-02-2020 17:58 | Bölmə: Gündəm
Prezident İlham Əliyev müdaxilə etdi,  Türkiyə Naxçıvanla sərhədi açdı

Ötən gün Azərbaycan Prezi­­denti İlham Əliyevlə Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilib. 

Bu barədə Dövlət Sərhəd Xidmətindən Reyting.az-a verilən məlumata görə, mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb: "Bundan sonra Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycanın Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib. Fevral 26-da saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib". 




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər