150 il yaşamaq reallığa çevrilir
Çin illik orbital buraxılış rekordunu yeniləyib
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
Neftçala bazarında baş verən yanğın söndürülüb
Ən uzun çayların yeni siyahısı tərtib olunub
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
Yeni avtomobil dünya rekordu qazanıb
Sabah hava necə olacaq? - Proqnoz
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
Tarix: 06-10-2016 14:12 | Bölmə: Gündəm

Bakının Xətai rayonunda yeni yaradılan "Sevirəm” park kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti MehribanƏliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da açılışda iştirak ediblər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva parkın rəmzi açılışını bildirən lenti kəsiblər.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov park kompleksi barədə dövlət başçısına məlumat verib.
Məlumata görə, yeni kompleksin ümumi ərazisi 3,2 hektardır.
Qeyd edək ki, ərazisi münbit torpaqla örtülən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park kompleksinin üç girişi var.
Yaşıllaşdırma zamanı IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə parkda ağacəkmə kampaniyası keçirilib. Ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.
Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Müxtəlif mövzularda olan bu heykəllər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş "Daşın nəğməsi” Birinci Beynəlxalq Beykəltəraşlıq Simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərdir.
Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə "Ürəklər” kompozisiyası da təqdim olunur. Bu kompozisiya Bakıya, təbiətə, insanlara olan sevgini əks etdirir.
Yeni istirahət guşəsinin ərazisində yaradılmış şəlalədə dekorativ və təbii daşlardan istifadə olunub. Burada uşaqlar üçün əyləncə meydançası və yelləncəklər quraşdırılıb.
Kompleksin ərazisində iki yerdə avtodayanacaq, bir dekorativ perqola – keçid vəkafe var.
Parkın ərazisində, həmçinin "GreenCar” mərkəzi tərəfindən elektrik cərəyanı ilə işləyən nəqliyyat vasitələrinin enerjidoldurma stansiyası quraşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva yeni park kompleksində ağac əkiblər.
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək