Prezident İlham Əliyev Goranboy rayonunda səfərdədir - Yenilənib - Fotolar
Tarix: 03-03-2020 14:42 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Goranboy rayonunda səfərdədir - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gedib.

Reyting.az
xəbər verir ki, dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Goranboy rayonunda səfərdədir - Yenilənib

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

Reyting.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev Goranboy rayonunda səfərdədir - Yenilənib

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Reyting.az xəbər verir ki, dövlət başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.

Prezident İlham Əliyev Goranboy rayonunda səfərdədir - Yenilənib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}