18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İcaze.e-gov.az portalında icazələrin 50 faizi ləğv edilib
Tarix: 28-06-2020 13:45 | Bölmə: Gündəm
İcaze.e-gov.az portalında icazələrin 50 faizi ləğv edilib

İcaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib.

Reyting.az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı xəbərə görə, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Bildirilib ki, 25 iyun 2020-ci il tarixində bununla bağlı Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub:

"Artıq sistem vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.

Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək. İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər