18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türkiyəli nazir: “Müdafiə sənayemiz Azərbaycanın ixtiyarındadır!”
Tarix: 17-07-2020 13:07 | Bölmə: Gündəm
Türkiyəli nazir: “Müdafiə sənayemiz Azərbaycanın ixtiyarındadır!”

“Azərbaycan ordusuna yeni sistemlər gətirməklə yanaşı, mövcud sistemlərin modernləşdirilməsi, texniki xidmət və təlim işləri ilə birlikdə çalışacağıq”.

Reyting.az
“Twitter”-ə istinadla xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesinin rəhbəri İsmail Demir bildirib.

Nazir sosial şəbəkədəki səhifəsində yazıb:

“Müdafiə sənayemiz pilotsuz uçuş aparatlarından tutmuş silah-sursat və raketlərimizə, elektron müharibə sistemlərimizə qədər bütün təcrübəsi, texnologiyası və imkanları ilə hər zaman Azərbaycanın ixtiyarındadır!”

İsmail Demir davam edib: “Dünyaya iki qardaş ölkənin bir daha Bir Ürək olduğunu göstərməli olduğumuz bir zamanda, müdafiə sənayesindəki əməkdaşlıq mövzularımızı da müzakirə etdik”.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvəlləri komandanı Ramiz Tahirov hazırda Türkiyədə səfərdədir və Türkiyə Müdafiə Nazirliyi ilə danışıqlar aparır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər