18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
DİN: "Rayonlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq"
Tarix: 04-08-2020 15:55 | Bölmə: Gündəm
DİN: "Rayonlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq"

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək. Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.

Reyting.az
xəbər verir ki, bunu mətbuat nümayəndələrinin sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək: "Postlardan yalnız ölkədaxili hərəkətinə“icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər