Azərbaycanda daha 528 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
Tarix: 17-10-2020 15:45 | Bölmə: Gündəm
Azərbaycanda daha 528 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, bu gün COVID-19-dan 2 ölüm faktı qeydə alınıb.

İndiyədək ölkədə ümumilikdə 44 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib, aktiv xəstə sayı 3 791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 133, ötən müddət ərzində isə ümumilikdə 1 218 935 test aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}