23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ceyhun Bayramov Mayk Pompeo ilə görüşüb
Tarix: 23-10-2020 19:42 | Bölmə: Gündəm
Ceyhun Bayramov Mayk Pompeo ilə görüşüb

Oktyabrın 23-də ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb.

XİN-dən Reyting.az-a verilən məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

C.Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

***

Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət katibi Mayk Pompeo arasında Qarabağdakı vəziyyətlə bağlı görüş olub.

Reyting.az
xəbər verir ki, Pompeo C.Bayramovla görüşdən dərhal sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla da görüşüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}