İranlı nazir Ceyhun Bayramovu Tehrana dəvət edib
Tarix: 25-11-2020 18:25 | Bölmə: Gündəm
İranlı nazir Ceyhun Bayramovu Tehrana dəvət edib

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif və azərbaycanlı vəzifədaşı Ceyhun Bayramov videokonfransla ünsiyyət qurublar.

Reyting.az
İRNA-ya istinadla xəbər verir ki, nazirlər ikitərəfli münasibətlərdəki son inkişafları və bölgədə müharibədən sonrakı vəziyyəti müzakirə ediblər.

İran və Azərbaycan Respublikasının XİN rəhbərləri beynəlxalq forumlarda, Xəzər dənizində, yenidənqurma layihələrində, o cümlədən Xudafərin bəndinin istismarı, Rəşt dəmiryolu ilə əlaqədar fikirlərini bölüşüblər.

İki ölkə səfirlərinin də qatıldığı görüşə Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, iki ölkə arasında ortaq iqtisadi komissiyanın iclasının keçirilməsi və digər maraq doğuran məsələlər də müzakirə edilib.

Tərəflər iki ölkənin sərhədlərini “barış, dostluq və əməkdaşlıq sərhədləri” adlandırıb və təhlükəsizliyin vacibliyini vurğulayıblar.

Məhəmməd Cavad Zərif azərbaycanlı vəzifədaşını Tehrana dəvət edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər