17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Mehriban Əliyeva: “Qədim Şuşamızda olmağımdan çox xoşbəxtəm!” - Foto
Tarix: 15-01-2021 14:08 | Bölmə: Gündəm
Mehriban Əliyeva: “Qədim Şuşamızda olmağımdan çox xoşbəxtəm!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

Reyting.az
xəbər verir ki, paylaşımda dövlət başçısı deyir: “Bakıdan gətirmişəm. Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül. Ermənilər tərəfindən gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”.

Birinci vitse-prezident M.Əliyevanın digər paylaşımı isə Şuşadakı Aşağı Gövhər ağa məsciidi ilə bağlı olub.

“Aşağı Gövhər ağa məscidi. O tərəfdə gözəl dağlar”, - Prezident bildirib



****

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz qardaşlar və bacılar! Bizim doğma, işğaldan azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! Böyük məmnuniyyətlə bu gözəl diyara etdiyimiz səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}