21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dəniz quldurlarının öldürdüyü həmyerlimizin nəşinin yanvarın 26-da Azərbaycana yola salınması planlaşdırılır
Tarix: 24-01-2021 15:35 | Bölmə: Gündəm
Dəniz quldurlarının öldürdüyü həmyerlimizin nəşinin yanvarın 26-da Azərbaycana yola salınması planlaşdırılır

Dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu zamanı öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun “Port Jentil” limanında lövbər salıb.

Reyting.az
-ın məlumatına görə, Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər