İlham Əliyev həmkarına təbrik məktubu yazıb
Tarix: 27-01-2021 18:05 | Bölmə: Gündəm
İlham Əliyev həmkarına təbrik məktubu yazıb

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu göndərib.

Reyting.az
-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}