12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Tarix: 27-02-2021 16:00 | Bölmə: Gündəm
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Reyting.az
xəbər verir ki, dəyişikliklə Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə edilən dəyişikliklə sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmayacaq.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.

Bu Qanun 2021-ci il martın 1-dən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər