18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:40 / 03-07-2025

07:52 / 01-07-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

10:26 / 02-07-2025

15:33 / 02-07-2025

14:53 / 01-07-2025

16:55 / 02-07-2025

Prezident Şuşada “Xarıbülbül“ festivalının açılışını edib - Video/Fotolar
Tarix: 12-05-2021 20:30 | Bölmə: Gündəm

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəliblər.
Dövlətimizin başçısı festivalın açılışında çıxış edib.
- Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbiçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.
44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik.
Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.
Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz. Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm. Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün sözün əsl mənasında musiqi bayramıdır. Bəli biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.
Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq.
Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Şəhərdə bərpa işləri başlayıb, mən qeyd etdim ki, Yuxarı Gövhərağa məscidi artıq təmir olunubdur. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin açılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

Bölməyə aid digər xəbərlər

Dünən, 19:48
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
Dünən, 17:42
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Dünən, 16:59
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Dünən, 11:18
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olunub
Dünən, 11:08
İlham Əliyev Donald Trampa məktub göndərib
Dünən, 09:37
Tacikistan prezidenti Azərbaycana gəlib
3-07-2025, 22:38
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - Foto
3-07-2025, 19:57
"Sputnik-Azərbaycan" işi: beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib
3-07-2025, 19:05
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndində olublar - (Yenilənib) - Fotolar
3-07-2025, 16:47
Azərbaycan dili üzrə test imtahanının nəticələri elan olunub
3-07-2025, 15:55
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə fabrikin fəaliyyəti ilə tanış olublar
3-07-2025, 15:06
Qırğızıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib - Yenilənib
3-07-2025, 14:40
İlham Əliyev Qarabağa səfər edib - (Yenilənib+) - Fotolar
3-07-2025, 14:34
İki prezident Füzuli rayonuna səfər edib - Foto
3-07-2025, 14:23
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq
3-07-2025, 10:36
Əliyevlə Paşinyanın Dubayda görüşü planlaşdırılır
2-07-2025, 20:57
İlham Əliyev və Özbəkistan prezidenti “Sea Breeze”də - Fotolar
2-07-2025, 17:25
Rusiyanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
2-07-2025, 17:18
Daha üç şəhidimizin dəfn mərasimi olacaq - Fotolar
2-07-2025, 10:36
İdarə rəisi: "Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb"
2-07-2025, 10:10
Zaxarova: "Rusiya və Azərbaycan arasında dostluq..."
2-07-2025, 09:12
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
1-07-2025, 19:14
Zelenski Əliyevə zəng edib
1-07-2025, 17:39
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır
1-07-2025, 17:04
Rusiya Azərbaycana nota verib
1-07-2025, 11:39
Slovakiya Elçin Qasımovu Azərbaycana səfir təyin edib
1-07-2025, 11:35
İran prezidenti Qarabağa gəlir
30-06-2025, 17:51
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
30-06-2025, 17:45
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
30-06-2025, 17:11
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
30-06-2025, 16:51
Ersin Tatar Azərbaycana gəlir
30-06-2025, 16:46
Ərdoğan Azərbaycana səfər edəcək
30-06-2025, 14:15
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
30-06-2025, 11:23
Bir qrup xarici vətəndaş İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
29-06-2025, 13:20
Rezidenturaya qəbul imtahanı keçirilib - (Yenilənib)
29-06-2025, 00:40
Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
28-06-2025, 23:57
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirdilər”
28-06-2025, 21:41
Zaxarovadan azərbaycanlılarıın saxlanılması haqqında - Açıqlama