Vəzifəli şəxslərin təmsil olunduğu komissiyanın tərkibi dəyişib - Sərəncam
Tarix: 21-11-2017 09:09 | Bölmə: Gündəm
Vəzifəli şəxslərin təmsil olunduğu komissiyanın tərkibi dəyişib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında dəyişikliklər edib.

İmzalanan sərəncamda qeyd edilir ki, "İltimas Məmmədov - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini" və "İlqar Fəti-zadə - Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini" sözləri çıxarılsın; "Ədalət Vəliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini" sözlərindən sonra "Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti", "Cavid Qurbanov - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri" və "Taleh Ziyadov - "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru" sözləri əlavə edilsin; "Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)" sözləri "Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)" sözləri ilə əvəz edilsin.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Özbəkistan tərəfinə bildiriş göndərsin.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər